Tanınmış jurnalistin xalası qızı təcavüzə məruz qaldı (TƏFƏRRÜAT)

Tanınmış jurnalistin xalası qızı təcavüzə məruz qaldı (TƏFƏRRÜAT)
13:06 7 Yanvar 2015
202 Ölkə
Ölkə mətbuatı
A- A+

Tanınmış jurnalist Vüsalə Məmmədovanın xalası qızı təcavüzə məruz qalıb.

Jurnalistin ANS PRESS-ə verdiyi məlumata görə, 37 yaşlı xalası qızı Hüseynova Gülbahar dünən axşam işdən evə qayıdarkən ona hücum edilib.

"Xalam qızı axşam işdən qayıdanda metrodan çıxıb evə gedərkən, biri arxasınca düşüb və axırda blokun qarşısında ona hücum edib. Oğru imiş... Boynundakı qızıl boyunbağıya əl atıb, dartıb. Xalam qızı çantası ilə vuraraq, ona mane olub. Oğru xalam qızına 3 bıçaq zərbəsi vurub, qaçıb. Qız isti-isti bıçaqlandığını bilməyib. Evin qapısına çatıb, zəngi basdıqda əlinə isti nə isə dəydiyini gördükdən sonra bıçaqlandığını anlayıb. Qısası, 3 bıçaq zərbəsi ilə xəstəxanaya yerləşdirilib. Çox şükür, artıq ölüm təhlükəsi yoxdur. Vəziyyəti stabildi. Özünə gəldikdən sonra həmin şəxsin metroda onunla üz-üzə oturduğunu, "Azadlıq" stansiyasında çıxıb evə getdikdə isə arxasınca düşərək onu izlədiyini söylədi."

1977-ci il təvəllüdlü Hüseynova Gülbaharın bir oğru tərəfindən təcavüzə məruz qalması və bıçaqlanması hadisəsini Binəqədi Polis İdarəsi araşdırır. Polis cinayətkarın tez aşkar edilməsi məqsədilə xəsarət alan şəxsə fotoşəkillər təqdim edib. Hazırda cinayətkarın axtarışı üzrə iş gedir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR