Sabah Azərbaycanda çovğun olacaq, qar yağacaq, yollar buz bağlayacaq

Sabah Azərbaycanda çovğun olacaq, qar yağacaq, yollar buz bağlayacaq
13:22 7 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 13:18 ]

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşam 2 dərəcəyədək şaxta olacaq

Bakı. Könül Kamilqızı – APA. Yanvarın 8-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, şimal-qərb küləyi güclənəcək. Covğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta olacaq.

 

Sabah Azərbaycanın bölgələrində də hava şəraitinin yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağışntının arabir intensivləşəcəyi ehtimalı var.  Şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2 dərəcəyədək şaxta olacaq. Yollar buz bağlayacaq.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR