Xəbərdarlıq: Bakıda çovğun olacaq!

13:22 7 Yanvar 2015
123 Sosial
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında çovğun olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi güclənəcək. Çovğun olacağı, gecəyə doğru yolların buz bağlayacağı ehtimalı var.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 0 dərəcəyə yaxın olacaq. Axşama doğru 2 dərəcəyə yaxın şaxta olacaq.

Azərbaycanın rayonlarında havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağıntının arabir intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti olacaq. Dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 18-23 dərəcə şaxta, gündüz 2-7 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR