Bir neçə an ərzində təyyarə qəzasından xilas oldular

Bir neçə an ərzində təyyarə qəzasından xilas oldular
13:28 7 Yanvar 2015
279 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend

Yeni Zelandiyada altı sərnişin və ekipajın yeddi üzvündən ibarət qrup qəzadan bir neçə an əvvəl təyyarədən sağ-salamat xilas ola bilib. Trend xəbər verir ki, bu barədə RİA Novosti “New Zealand Herald”-a istinadən məlumat yayıb.

Şahidlərin sözlərinə görə, tullanma ilə təyyarə qəzası arasında cəmi 15 saniyə vaxt olub.

Təyyarəni sonuncu olaraq pilot tərk edib. O, təyyarədən yerə cəmi 300 metr məsafə qalmış tullanıb. Xəbər verilir ki, pilot gölün sahilindəki böyürtkən kollarının üzərinə düşüb və sıyrıntılarla qəzadan canını qurtara bilib.

Şahidlərdən birinin sözlərinə görə, onların təyyarədən belə sürətlə tullanmaları və sağ qalmaları çox təəccüblüdür.

Yeni Zelandiyanın Mülki Aviasiya İdarəsinin nümayəndəsi bəyan edib ki, qəzada heç kimin həlak olmaması faktı əsl möcüzədir.

Xəbər verildiyi kimi, ekipaj üzvləri paraşütləri geyinməyə və sərnişinlərlə cüt-cüt qəzaya uğrayan təyyarədən tullanmağa macal tapıblar. Təyyarə Yeni Zelandiyanın sahildən təxminən 200 metr aralıda Şimal adasındakı Taupo gölünə düşərək parçalanıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2350573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR