Ukrayna gəmisi Türkiyə sahillərində saya oturub

Ukrayna gəmisi Türkiyə sahillərində saya oturub
13:28 7 Yanvar 2015
151 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Ukrayna bayrağı altında üzən "Gulf Rio" gəmisi Türkiyənin Samsun şəhəri yaxınlığında Qaradəniz sahillərində saya oturub. Bu barədə Trend çərşənbə günü “Anadolu” agentliyinə istinadən xəbər verir.

Gəmi fırtınaya düşdükdən sonra saya oturub və su ilə dolmağa başlayıb. Hazırda gəminin sahilə çatdırılması üçün cəhdlər göstərilir.

"Gulf Rio"-nun 10 nəfərlik ekipajı göyərtədədir. Hadisənin təfsilatları barədə məlumat verilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR