Bomba mütəxəssisi bomba kimi partladı (FOTO)

13:31 7 Yanvar 2015
111 Sosial
Ölkə mətbuatı
A- A+

Misirdə bomba zərərsizləşdirilməsi üzrə mütəxəssis faciəli şəkildə ölüb. ANS PRESS-in məlumatına görə, faiəyə səbəb olan partlayış saniyəbəsaniyə görüntülənib.

Məlumata görə, bomba üzrə mütəxəssis paytaxt Qahirənin yaxınlığındakı benzin doldurma stansiyasına çağrılıb. O, xüsusi geyimini geyinərək partlayıcya yaxınlaşıb və onu zərərsizləşdirmək istəyib.

Dibşək qabına yerləşdirilən bomba bu zaman partlayıb. Partlayış nəticəsində mütəxəssis faciəli formada ölüb. Onun üzərindəki geyimi belə parça-parça olub.
Daha 3 nəfər partlay zamanı yaralanıb.

İlkin ehtimala görə, bomba uzqdan ibarə edilmə pultu vasitəsilə partladılıb.

Misir Piramidaları yolunun üzərindəki terror aktını "Misir əsgərləri" adlı radikal qruplaşma üzərinə götürüb.

Qeyd edək ki, oxşar hadisə ötən il də baş vermişdi. İyun ayında prezident sarayının yaxınlığında baş verən partlayışda iki bomba mütəxəssisi ölmüşdü.











Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=318137

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR