Futbol dünyası şokda

Futbol dünyası şokda
13:56 7 Yanvar 2015
227 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın argentinalı ulduzu Lionel Messi ilə komandanın baş məşqçisi Luis Enriki arasında başlayan qalmaqal get-gedə böyüyür.

ANS PRESS-in məlumatına görə, "Barselona" klubunun Primeroda "Real Soscedad" 0:1 hesablı məğlubiyyətindən sonra Messi ilə baş məşqçi Luis Enriki arasında qalmaqal yaranıb. Baş məşqçidən futbolçu seçimini tənqid edən Messi ilə Luis Enrike arasında sonradan böyüyüb.

"NTV Spor"un məlumatına görə, bazar ertəsi günü məşqə gəlməyən Messiyə gün ərzində zəng etmək mümkün olmayıb. Buna görə, baş məşqçi futbolçunu cəzalandırıb.

Ancaq araya girən Xavi, İnyesta və Busqets Messiyə cəza verilməsinin gərginliyi daha da artıracağını deyərək Luis Enrikini fikrindən daşındıra biliblər.

Amma bundan xəbər tutan Messi klub rəhbərliyinin qarşısında şərt qoyub - "Ya mən, ya Luis Enriki".

İddialara görə, rəhbərlik Messinin tərəfini tutub və ona məşqçinin komandadan qovulaçağı ilə bağlı söz verib.

Yaxın günlərdə Luis Enrikenin Messiyə görə, klubdan biabırçılıqla uzaqlaşdırılacağı gözlənilir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=318204

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR