Futbol klubu Azərbaycan reklamından imtina etdi

13:57 7 Yanvar 2015
176 İdman
Ölkə mətbuatı
A- A+

Fransanın "Lans" klubu "Azerbaijan Land of Fire" titul reklamından imtina edib. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, onlar bunu Azərbaycandan maliyyə dəstəyi ala bilmədiklərinə görə ediblər.

Qeyd edək ki, bu barədə razılaşma hələ ötən mövsümün əvvəlində əldə olunmuşdu. O vaxt sözügedən klubun sahibi olaraq azərbaycanlı biznesmen Hafiz Məmmədov göstərilirdi. Məhz onun maliyyə dəstəyi sayəsində "Lans" Liqa 2-dən Liqa 1-ə yüksəlmişdi. Amma Məmmədovun maliyyə problemləri ilə üzləşməsi sahibi olduğu "Bakı"nın müflisləşməsi ilə yanaşı, "Lans"dakı dayaqlarını da zəiflətdi. Xeyli müddət davam edən danışıqların yekunu isə göründüyü kimi, müqaviləyə xitam verilməsi ilə yekunlaşıb.

Hazırda "Azerbaijan Land of Fire" reklamından yararlanan yeganə klub İspaniya "Atletiko"sudur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR