Fransadan gələn cərrah Xankəndində erməniləri pulsuz əməliyyat edir

Fransadan gələn cərrah Xankəndində erməniləri pulsuz əməliyyat edir
12:42 29 Mart 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

"Aymed" tibb təşkilatının ortoped-cərrahı olan erməni əsilli həkim Mkrtıç Karapetyan artıq 6-cı dəfədir ki, Fransadan işğal altındakı Azərbaycan torpaqlarına səfər edir. 

Milli.Az moderator.az-a istinadən xəbər verir ki, Fransa vətəndaşı olan cərrah hər gəlişində olduğu kimi, bu dəfə də Xankəndindəki "Respublika tibb mərkəzi"ndə ermənilər üçün pulsuz qəbul, məsləhət və cərrahi əməliyyatlar təşkil edib. 

Fransalı həkim jurnalistlərə bildirib ki, buraya öz həmkarlarını travmatologiya sahəsindəki son yeniliklərlə tanış etmək və təcrübəsi ilə bölüşmək üçün gəlib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/530142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR