Buş və Barbaranın 70 illik nikahı

13:58 7 Yanvar 2015
255 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

ABŞ-ın keçmiş prezidenti Corc Buş (ata) və onun həyat yoldaşı xanım Barbara evliliklərinin 70 illiyini qeyd ediblər. Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir.

Cütlük 1941-ci ildə tanış olub və 1945-ci il yanvarın 6-da Nyu Yorkda ailə qurublar. Onların bu izdivacdan 6 övladı dünyaya gəlib.

Məlum olduğu kimi, cütlüyün övladlarından biri Corc Buş (oğul) ABŞ-ın keçmiş prezidenti, digər bir övladları Ceb Buş isə Florida ştatının qubernatoru olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2350612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR