Azərbaycanlı mütəxəssislər Kabil aeroportunun işlədilməsində iştirak edəcəklər

Azərbaycanlı mütəxəssislər Kabil aeroportunun işlədilməsində iştirak edəcəklər
14:08 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Azərbaycanlı mütəxəssislər türkiyəli həmkarları ilə birlikdə Kabil beynəlxalq aeroportunun işlədilməsində iştirak edəcəklər. Bu barədə Trend çərşənbə günü Türkiyənin "Teknokule" qəzetinə istinadən xəbər verir.

Kabil beynəlxalq aeroportunun işlədilməsində 90 azərbaycanlı mütəxəssis iştirak edəcək. Burada, həmçinin Albaniya və Makedoniyadan olan mütəxəssislər də çalışacaqlar.

Kabil beynəlxalq aeroportunun bütün istismar xərclərini Türkiyə tərəfi öz üzərinə götürüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR