Çöl pişiyi Kürdəmir sakininə hücum etdi

Çöl pişiyi Kürdəmir sakininə hücum etdi
14:12 7 Yanvar 2015
435 Digər
Ölkə mətbuatı
A- A+

Kürdəmirdə 8 qazı və 3 ördəyi öldürən çöl pişiyi ev quşlarının sahibinə də hücum edib

Kürdəmir rayonunun Təklə kənd sakini Babək Ağayevin təsərrüfatına vəhşi çöl pişiyi hücum edib. Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, vəhşi heyvan onun bəslədiyi  8 qazı və 3 ördəyi öldürüb. Çöl pişiyi həmin ev quşlarının saxlandığı yerə daxil olan Babək Ağayevin də üstünə hücum edib. O, bu zaman əlindəki yaba ilə vəhşi heyvanı öldürüb. Babək Ağayev bildirir ki, bundan əvvəl də onun 52 ev quşunu vəhşi heyvanlar öldürüb. Babək Ağayev kimi, onun həmkəndliləri də vəhşi heyvanların hücumlarından çox ziyan gördüklərini deyirlər.  Sakinlər bildirirlər ki, vəhşi heyvanların kəndə hücumlarının qarşısını ala bilmirlər. Onlar bu işdə müvafiq qurumlardan kömək istəyirlər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR