Atası Vaqif Cavadovun qovulmasından danışdı

Atası Vaqif Cavadovun qovulmasından danışdı
14:17 7 Yanvar 2015
173 İdman
Ölkə mətbuatı
A- A+

Veteran futbolçu Füzuli Cavadov oğlu, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun Türkiyənin "Qaziantep BB" klubundan uzaqlaşdırılması barədə yayılan xəbərlərə münasibət bildirib. Milli.Az xəbər verir ki, azerisport.az-a açıqlamasında o, bunları söyləyib:

"Bu xəbərlər həqiqəti əks etdirmir. İki gün əvvəl Vaqif istirahətə gəlmişdi. Klubdan ona deyiblər ki, yanvarın 10-da bir araya gələcəklər. Əgər belə bir şey olsaydı, onun özünə də deyərdilər. Həm də onların müqaviləni birtərəfli qaydada pozmaq hüquqları yoxdur. Bunun üçün bizim də razılığımız lazımdır. Yəqin ki, nəsə anlaşılmazlıq olub. Vaqif artıq öz meneceri ilə danışıb. Bu axşam bizə rəsmi məlumat verəcəklər".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR