Dodağına slikon qoydu, ördəyə bənzədi (FOTO)

Dodağına slikon qoydu, ördəyə bənzədi (FOTO)
14:21 7 Yanvar 2015
273 Sosial
Ölkə mətbuatı
A- A+

Amerikada daha bir estetik əməliyyat faciəsi yaşanıb. ANS PRESS-in məlumatına görə, 23 yaşlı aparıcı qızın dodağına yerləşdirdiyi slikon başına bəla olub.

ABŞ-da yayımlanan "Teen Mom" adlı şou proqramı ilə tanınan aparıcı Farah Abraham dəfələrlə bıçaq altına uzanıb. Lakin bu dəfə başına heç gözləmədiyi bir iş gəlib.

Dodaqlarını qalınlaşdırmaq üçün o slikon qoydurub. Amma bir necə gün sonra slikon orqanizm tərəfindən qəbul edilməyb və fəsadları üzə çıxmağa başlayıb. Qızın üst dodağı normadan bir necə dəfə artıq şişərək "ördək dimdiyini" xatırladıb.

Gənc qız dərhal həkimə müraciət etməli olub.

Qeyd edək ki, bənzər hadisə bir müddət öncə də baş verib. Belə ki, braziliyalı model ombasını böyütmək üçün slikon yerləşdirib. Lakin bədəninə infeksiya düşüb. Slikonları çıxarmaq üçün həkimlər onun ayağında iri dəliklər açmalı olublar.






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR