Akif Nağı İran səfiri ilə görüşdə QAT-ın bu ölkədə nümayəndəliyinin yaradılmasını təklif edib

14:27 7 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 14:20 ]

Bakı. Etibar Məmmədov - APA. Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı İran İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Möhsün Pakayinlə görüşüb.

QAT-dan APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında rəsmi və qeyri-rəsmi səviyyələrdə münasibətlərin daha da yaxşılaşması, bu münasibətlərin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsiri, qeyri-hökumət təşkilatlarının, elm və təhsil müəssisələrinin əməkdaşlığı və digər məsələlər müzakirə olunub.

 

QAT sədri Azərbaycanla İran arasında hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, bu münasibətlərdə qeyri-hökumət təşkilatlarının rolunun artırılması, İranda QAT-ın nümayəndəliyinin yaradılmasının vacibliyini vurğulayıb.

 

Səfir qoyulan məsələlərə müsbət yanaşdığını, bu əlaqələrə dəstək verməyə, ölkəsinin Dağlıq Qarabağ məsələsinin həllində istənilən dəstəyi verməyə hazır olduğunu, bu yöndə konkret təkliflər verdiyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR