İŞİD cəlladının başını kəsdilər (VİDEO)

İŞİD cəlladının başını kəsdilər (VİDEO)
14:31 7 Yanvar 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+

İŞİD terror təşkilatının fəal üzvlərindən birinin başını kəsiblər.

ANS PRESS-in məlumatına görə, öldürülən şəxs İŞİD-in fəal üzvü, “günahkar”ların cəlladı hesab olunurdu.

Suriyanın şərqində tapılan meyitin başının yanında “bu zalımdır” sözü yazılan kağız tapılıb. Kəsilən başın ağzında siqaret olub. Bu da İŞİD qanunlarına etiraz əlaməti hesab edilə bilər. Çünki İŞİD-in dini polisi nəzarət etdiyi ərazilərdə siqaret çəkməyə qadağa qoyub.

Qeyd edək ki, öldürülən şəxs 100 ameirkanlının başının kəsilməsində iştirak edib. Onun məhz bu şəraitdə öldürülməsi baş verən vəhşiliyin qisası kimi də qələmə verənlər var. Bəziləri isə onun elə İŞİD üzvləri tərəfindən öldürüldüyünü düşünür. Suriya hüquq mühafizə orqanları isə güman edirlər ki, onu İŞİD-lə döyüşən digər silahlılar qətlə yetirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=318214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR