Almaniya millisinin ulduzu Azərbaycana gələsi olmadı

Almaniya millisinin ulduzu Azərbaycana gələsi olmadı
14:32 7 Yanvar 2015
178 İdman
Ölkə mətbuatı
A- A+

Almaniya millisinin ulduz voleybolçusu Kristian Fürst Azərbaycana gələsi olmayıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Türkiyənin “Əczaçıbaşı” klubunun şərəfini qoruyan 30 yaşlı blokçu yığma karyerasını başa vurduğunu açıqlayıb.

Bununla da onun iyunda Bakıda keçiriləcək I Avropa Oyunlarında millisinin heyətində olmayacağı dəqiqləşib. Yığmada 342 görüşə çıxan Fürst bundan sonra yalnız İstanbul təmsilçisinin uğurları üçün çalışacaq. Blokçunun sözlərinə görə, bu qərarı “Əczaçıbaşı”da növbəti uğurları qazanmağa hesablanıb.

Kristian yığmada son oyununu isə DÇ-2014-ün II qrup mərhələsində məhz Azərbaycan millisinə qarşı keçirib. Həmin görüşdə almanlar 3:0 hesabı ilə qalib gəlmişdilər.

Qeyd edək ki, dəfələrlə müxtəlif yarışların ən yaxşı blokçusu seçilən Fürst Avropa çempionatının 3 (2 gümüş, 1 bürünc), dünya Qran-prisinin 1 mükafatına (bürünc) sahib olub, Olimpiya Oyunlarında çıxış edib. 12 ildi əsas millidə oynayan voleybolçu 2 dəfə Çempionlar Liqasının qalibi, eyni sayda klublararası dünya çempionatının ən güclüsü adını qazanıb. Həmçinin, İtaliya və Türkiyədə ölkə çempionatının qızıl medallarına yiyələnib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR