Bil Qeyts insanın təbii ehtiyaclarından hazırlanmış suyu içib (VİDEO)

Bil Qeyts insanın təbii ehtiyaclarından hazırlanmış suyu içib (VİDEO)
14:41 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Microsoft” şirkətinin yaradıcısının öz videobloqunda dərc etdiyi çarxda “Omniprocessor” adlı qurğu göstərilib. Bu qurğu insanın təbii ehtiyaclarını təmiz içməli suya və elektrik enerjisinə çevirir.
 
"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, videoçarxda “Omniprocessor” qurğusunun iş prosesi göstərilib. Qurğu ilk öncə kanalizasiyadan materialı götürür, bundan sonra material temperaturun təsiri altında su buxarı və quru tullantılara bölünür. Sonuncu  elektrogeneratoru hərəkətə gətirən mühərrik üçün yanacaq kimi istifadə olunur.
 
Su buxarı krandan axan təmiz içməli suya çevrilir. Bil Qeyts nəcisdən hazırlanmış suyu içib və deyib ki, məmnuniyyətlə bu suyu hər gün içər.
 
 
“Omniprocessor” inkişafdan geri qalmış ölkələrdə içməli su çatışmazlığını həll etmək üçün nəzərdə tutulub. Qurğunun işlək prototipi hələ ki yalnız ABŞ-ın Siyetl şəhərinin yaxınlığında işləyir, ancaq ilin sonunadək bu qurğunun Seneqalda tədarükü planlaşdırılır.
 
 


Emil Hüseynov
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34627-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR