Tramp Sisi ilə görüşdü -

ABŞ prezidenti Donald Tramp Ağ Evdə misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə bir araya gəlib.

Metbuat.az-ın məlumatına görə, seçki kampaniyası zamanı Misir prezidenti ilə tanış olduğunu bildirən Tramp onun ünvanına təriflər yağdırıb:

"Sisi çox çətin şərtlərə baxmayaraq, gözəl işlərə imza atıb. Bundan şübhəniz olmasın. Biz Misir və Misir xalqının arxasındayıq.

Hərbi əməkdaşlıq məsələsinə gəlincə, əminliklə deyə bilərəm ki, burada artıq bir müttəfiqimiz var".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR