Sabah çölə çıxmayın

Sabah çölə çıxmayın
14:51 7 Yanvar 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.
Departamentdən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir.

Belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.

Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si gecəyə doğru hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.

Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir. Bəzi rayonlarda qərb küləyi güclənəcək.
Yollar buz bağlayacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR