Gəncədə ictimai nəqliyyatda yeni qaydalar tətbiq edilir

Gəncədə ictimai nəqliyyatda yeni qaydalar tətbiq edilir
14:58 7 Yanvar 2015
110 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend/

Yanvarın 1-dən Gəncədə şəhərdaxili marşrut sürücüləri vahid geyim formasına keçiblər.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, ictimai nəqliyyatda sürücülərin vahid geyim formasından istifadəsinə nəzarət etmək məqsədilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti Gəncə Regional Şöbəsinin əməkdaşları mütəmadi olaraq reydlər təşkil edirlər.

Şöbənin rəisi Xanoğlan Qasımov bildirib ki, sürücülərin vahid formadan istifadəsinə güclü nəzarət olunur: "Biz demək olar ki, hər gün onlara nəzarət edirik ki, geyim formaları səliqəli və təmiz olsun. Bununla yanaşı, idarə etdikləri nəqliyyat vasitələri də təmiz olmalıdır”.

Qeyd edək ki, qaydalara əməl etməyən sürücülər inzibati qaydada 40-50 manat məbləğində cərimə olunacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350633.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR