“Uzun müddət açıq havada qalmaq məsləhət deyil” – XƏBƏRDARLIQ

“Uzun müddət açıq havada qalmaq məsləhət deyil” – XƏBƏRDARLIQ
14:59 7 Yanvar 2015
115 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Yanvarın 8-i Abşeron yarımadasında ötən günlə müqayisədə hava şəraitinin çox kəskin dəyişəcəyi, havanın temperaturunun 10-15 dərəcə aşağı düşəcəyi, güclü xəzri küləyi fonunda soyuq diskomfort şəraitin güclənəcəyi və  çovğun ehtimalı əksər əhali üçün çox əlverişsizdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, belə hava şəraitində uzun müddət açıq havada qalmaq məsləhət deyil. Yanvarın 9-u gündüz və yanvarın 10-da soyuq diskomfort şəraitin davam edəcəyi gözlənilsə də, meteoroloji amillərin mülayim tərəddüdü fonunda oksigenlə zəngin və  təmiz hava şəraitinin üstünlüyü müsbət amildir.  

 

Nazirliyin xəbərdarlığına görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının 7-si gecəyə doğru hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Yanvarın 8-9-da havanın temperaturu ötən günlə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Yanvarın 8-də, 9-u gecə və səhər saatlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 8-də şimal küləyinin şiddətlənəcəyi və çovğun olacağı ehtimalı var.

Havanın temperaturu yanvarın 8-də gündüz 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-u gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 1-4 dərəcə şaxta olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında isə yanvarın 7-si axşam şimal və qərb rayonlarından başlayaraq yanvarın 10-dək hava şəraitinin şaxtalı, qarlı keçəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı gözlənilir.  Bəzi rayonlarda qərb küləyi güclənəcək.

 

 

Yollar buz bağlayacaq.











 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189645

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR