Təcili yardımdan əhaliyə MÜRACİƏT

Təcili yardımdan əhaliyə MÜRACİƏT
15:04 7 Yanvar 2015
116 Sosial
Ölkə mətbuatı
A- A+

“Təcili tibbi yardıma xidmət göstərən maşınlar qış rejiminə uyğun maşınlarla əvəzlənib”. Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, həmin maşınlardan Bakının bir sıra ərazilərində olan çağırışlar zamanı istifadə ediləcək.

Z. Vahidova vurğulayıb ki, qış fəsli başlayandan təcili yardım gücləndirilmiş rejimdə çalışır.

Təcili tibbi yardım vətəndaşlara müraciət də edib: “Buzlu, qarlı havalarda vətəndaşlara, xüsusən yaşlı insanlara ehtiyatlı olmağı tövsiyə edirik. Vacib olmadığı təqdirdə çölə çıxmaq məsləhət deyil. Valideynlər uşaqlara nəzarəti gücləndirməlidirlər”.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR