Azərbaycan kuboku:

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.

Metbuat.az xəbər verir ki, "Qəbələ" "İnter"i qəbul edib. Oyun ev sahiblərinin üstünlüyü şəraitində keçib. 12-ci dəqiqədə Daniel Subotiç hesabı açıb. Çox keçmədən Baqali Dabo "Qəbələ"nin üstünlüyünü iki topa çıxarıb. Matçda başqa qol olmayıb.

“Qəbələ” – “İnter” - 2:0

Qollar: Daniel Subotiç, 12; Baqali Dabo, 33
Qəbələ şəhər stadionu

İlk oyun – 3:1

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 11. Asif Məmmədov (k), 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 20. Rikardinyo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 31. Daniel Subotiç, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 8. Qismət Alıyev, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 19. Filip Ozobiç, 34. Ürfan Abbasov, 77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk

“İnter”: 13. Orxan Sadıqlı, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 24. Fuad Bayramov (k), 4. Slavik Alxasov, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 88. Məmməd Quliyev, 2. Sertan Taşkın, 8. Nizami Hacıyev, 20. Aqşin Quluzadə, 65. Cabir Əmirli
Baş məşqçi: Zaur Svanadze

İki oyunun ümumi hesabına görə 5:1 hesabı ilə üstün olan "Qəbələ" Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.

Matçın icmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR