Yaşar Cəlilov "Ulduzlu gecə"də... - VİDEO

Yaşar Cəlilov "Ulduzlu gecə"də... - VİDEO
15:12 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Sevilən müğənni Yaşar Cəlilov son hitlərindən olan “Ulduzlu gecə” mahnısına klip çəkdirib
Milli.Az xəbər verir ki, ekran işi ötən gün tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib.

Musiqisi bəstəkar Kamala, sözləri tanınmış nəğməkar-şair Baba Vəziroğluya məxsus olan “Ulduzlu gecə”yə rejissor Elmir Süleymanov quruluş verib. Klip mahnıya uyğun olaraq yaşanılmış bir sevgi hekayətini əks etdirir. Ekran işində Yaşarın tərəf müqabili model Yuliya Gracedir.

Çəkilişlər Novxanıda aparılıb. Klipin operatorluğunu da rejissor edib. Montaj üzərində Elnar Haşımov çalışıb. Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, stilisti Elnur Həsənovdur.

Milli.Az


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR