Naxçıvanda SMS mübadiləsi xidməti işə salınıb

Naxçıvanda SMS mübadiləsi xidməti işə salınıb
15:13 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Hüseyn Vəliyev/

Naxçıvan Muxtar Respublikasının (NMR) simsiz rabitə operatoru "Naxtel" Azərbaycanın GSM operatorları şəbəkəsində SMS məlumatların göndərilməsi xidmətini işə salıb. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Layihə MHM və NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə reallaşdırılıb. Göndərilmiş SMS-lər haqqında informasiya MHM-in serverlərində hər gün qeydiyyatdan keçirilir. "Naxtel"in abonentləri xidmətdən istifadəyə görə ödənişi poçt şöbələri və onlayn-ödənişlər vasitəsilə həyata keçirə biləcəklər.

"Naxtel" nömrəsinə SMS göndərişin qiyməti 0,02 manat, Azərbaycanın GSM operatorlarının şəbəkəsində 0,03 manat, beynəlxalq nömrələrə isə 0,05 manat təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2350343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR