İbra özünü İsa Məsih hesab edir

İbra özünü İsa Məsih hesab edir
15:22 7 Yanvar 2015
199 İdman
Ölkə mətbuatı
A- A+

PSJ-nin gənc futbolçusu Marko Veratti komandanın 2012/13 mövsümündə qazandığı çempionluqdan söhbət açıb. İtalyan yarımmüdafiəçi 19 il sonra gələn həmin çempionluqda Karlo Ançelotti (red. həmin vaxt PSJ-nin baş məşqçisi) ilə yanaşı, Zlatan İbrahimoviçin xidmətlərini də qeyd edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Veratti İbranın komandanı ruhlandırmaq üçün özünü "İsa Məsih" adlandırmasını mediaya açıqlayıb.
 
"Karlo Ançelotti bir qədər gərgin idi. İbra ona yaxınlaşıb soruşdu ki, İsa Məsihə inanır? Ançelotti "hə" cavabını verdi. Onda Zlatan dedi: "Yaxşıdır, sən mənə inanırsan. Narahat olma" "İbrahimoviç belədir. Onda özünə inam yüksək dərəcədədir. Bu, İbraya böyük futbolçu olmağa imkan verir" - Veratti bildirib.
 
Qeyd edək ki, 2013-cü ildə PSG-nin heyətində 30 qol vuran isveçli hücumçu Fransa Liqasında da çempion olmuşdu. Bununla hücumçu çıxış etdiyi bütün klublarda çempion olmaqla özünəməxsus rekorda imza atmışdı.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR