Anasını öldürən 18 yaşlı oğlan MƏHKƏMƏ QARŞISINDA

Anasını öldürən 18 yaşlı oğlan MƏHKƏMƏ QARŞISINDA
15:29 7 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını amansızlıqla öldürməkdə təqsirləndirilən Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Mahmud Nağıyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı yanvarın 12-ə təyin olunub.

Qeyd edək ki, qətl hadisəsi keçən il avqustun 4-də Şamaxı rayonunun Hacı Məmmədov küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. 1997-ci il təvəllüdlü Nağıyev Mahmud Ramiz oğlu anası, 1975-ci il təvəllüdlü Nağıyeva Pərvanə Ataxan qızına aralarında şəxsi münasibətlər zəminində baş verən dava zamanı çoxsaylı bıçaq xəsarətləri yetirib. 

Bədənin müxtəlif nahiyələrindən 10 bıçaq xəsarəti alan Pərvanə Nağıyeva hadisə yerində dünyasını dəyişib. 

Hadisəni törədən Mahmud Nağıyev tutularaq istintaqa təhvil verilib. 18 yaşlı oğlanın anasını öldürməsinin dəqiq səbəbi hələ ki, məlum deyil. İlkin məlumata görə həyat yoldaşından ayrılan Pərvanə Nağıyeva oğlu tərəfindən qısqanclıq səbəbindən bıçaqlanıb.

Qeyd edək ki, Mahmud Nağıyev qadının yeganə övladıdır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR