Rusiyada yaşayış evində partlayış: 1 ölü, 2 yaralı

Rusiyada yaşayış evində partlayış: 1 ölü, 2 yaralı
15:27 9 Aprel 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Taqanroq şəhərindəki yaşayış evlərindən birində partlayış baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "TASS" agentliyinə Fövqəladə Hallar Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsindən xəbər verilib.

Xəbərdə bildirilir ki, hadisə zamanı həmçinin 2 nəfər xəsarət alıb.

"Hadisə 5 mərtəbəli yaşayış binasının 5-ci binasında baş verib" - deyə idarədən bildirilib.

Hadisə ilə əlaqədar 80 nəfər təxliyə edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533427.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR