Hitlerin sağdışlığı, Məhəmməd Əlinin yalvarmağı - ƏN NADİR FOTOLAR

Hitlerin sağdışlığı, Məhəmməd Əlinin yalvarmağı - ƏN NADİR FOTOLAR
16:13 9 Aprel 2017
170 Digər
Ölkə mətbuatı
A- A+

Arxivdəki kadrlar çox dəyərlidir. Çünki tarixə toxunmaq olmur. Keçmişə qayıda bilməsək də, şəkillər sayəsində o illərə xəyali səyahət etmiş oluruq.

Publika.az sizə həmin maraqlı fotoları təqdim edir.

1. Foto Afrikanın şərq sahillərində, Britaniyanın Zanzibar ərazisində 1947-ci ildə çəkilib. Dayəsi ilə şəkil çəkdirən bu balaca uşağın adı Fərrux Bulsaradır. Başqa ad ilə desək, Fredi Merkuri. Sizə kimisə xatırlatdımı? Britaniyanın məşhur rok ulduzu olacaq bu uşaq 1946-ci il sentyabr ayının 5-də Zanzibarda anadan olub. Britaniyanın musiqi tarixində misilsiz səs diapazonuna malik olan Fredi dünyaca məşhur "We Are the Champions", "Somedody to Love" kimi bir sıra musiqilərin müəllifidir.

2. 1922-ci ildə ingilis tədqiqatçısı Qovard Karter Misirdə ən böyük xəzinəni tapıb. Çarlar vadisində aparılan qazıntılarda çarlıq erasına məxsus böyük qəbirstanlıq aşkarlanıb. Uzun müddətli araşdırmalardan sonra Karter nəhayət ki, qayada bağlanmış qapıya aparan pilləkənləri tapır. Bu Tutanhamonun məqbərəsinə giriş qapısı idi. Məqbərənin giriş qapısına vurulan möhür 3245 il ərzində toxunulmamış qalıb.

3. İBM şirkəti 1956-ci il sentyabrın 4-də ilk "IBM 350 Model 1" sərt diskini təqdim edib. Dəqiqədə 1200 dövr edən disklər hər biri daxilində 100 simvol olan 50000 bölmədən ibarət olub. Şəkil 1956-cı ildə həmin "IBM 350" sərt disklərinin Panam təyyarəsinə yüklənməsi zamanı çəkilib.

4. Almaniyada 1923-cü ildə hiperinflyasiya olub. Bu infilyasiyanın rekord göstəricisidir. Hər 49 saatdan bir artan qiymətlər ay sonunda 3,25 milyon % artım göstərib. Əhali çamadanlarla maaş alırdı. Pul o dövrdə o qədər dəyərsizləşmişdi ki, uşaqların oyuncaq vasitələrinə çevrilmişdi. Valideynlər uşaqlara oynamaq üçün paçka-paçka pullar verirdi. İnsanlar pulları divar kağızı olaraq istifadə ediblər. Mətbəx plitəsini və eləcə də binaların qızdırılması üçün sobaları pulların vasitəsilə yandırıblar. Packa pulları qeyd dəftəri kimi istifadə ediblər. Əhalinin maddi vəziyyəti o qədər yaxşı idi ki, yerə tökülən pulları kasıb təbəqə belə götürmürdü. Belə bir dövrdə ölkədə yeyinti məhsulları az olub. Əhali hökumətə tonlarla pul yerinə çeşidli qidalar (çörək, kolbasa, yağ və.s) gətirilməsini tələb edib. Ölkədəki vəziyyət Hitler hakimiyyətə gəldikdən sonra dəyişib.

5. 1981-ci ildə üçqat dünya çempionu Məhəmməd Əli yarım saatdan çox söhbətdən sonra Çikaqodan olan 21 yaşlı gənci intihar fikrindən daşındırıb. Psixi problemləri olan oğlana yaxından dəstək olan boksçu daha sonra onun ailəsi ilə də görüşmüşdü. Psixi diaqnozla xəstəxanaya yerləşdirilən oğlanın müalicə xərclərini öz üzərinə götürüb.

6. Dünyanın ən varlı şəxslərindən biri, Microsoft şirkətinin yaradıcısı Bill Qeyts 1977-ci ildə sürücülük vəsiqəsi olmadan sükan arxasına keçdiyi üçün saxlanılmışdır.

7. Adolf Hitler Almaniyanın maarif naziri Yozef Qebbelsin toyunda. Deyilənə görə, Hitler Yozef və Maqdanın nikah mərasimində sağdış olub.

8. 1899-cu ildə Xosef Olleq və Şarl Zidler Parisdə məşhur klassik kabare "Mulen Ruj"da (Moulin Rouge). Şəkildə tualet otağı təsvir olunub. Dövrün məşhur simalarını Pikasso, Oskar Vayldı və digərlərinin diqqətini çəkən məkan maraqlı dizayna malik olub. İlk dəfə 1893-cü ildə rəqqaslardan biri geyimini tam soyunaraq rəqs edib və bu hadisə tarixə ilk striptiz rəqs olaraq düşüb.

9. Dünyanın ən yüksək zirvəsi hesab olunan Comolonqmanı ilk dəfə 1953-cü il may ayının 28-də zellandiyalı alpinistlər Edmund Hillari və Tençinq Noqrey fəth ediblər.

10. 1967-ci il portativ televizor ilk nümunəsi. Təkminləşdirilmiş formalarından görünüşünə görə fərqlənib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/194162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR