Millimizin üzvü Bundesliqada dubl etdi

Millimizin üzvü Bundesliqada dubl etdi
18:07 9 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Almaniyanın II Bundesliqasında XXVIII turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" "Münhen 1860"ı qəbul edib.


Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Nazarov sonadək meydanda olub və dubl edib. 42-ci dəqiqədə penaltidən hesabı açan futbolçumuz 73-cü dəqiqdə oyunda son nöqtəni qoyub. O, yenə penaltidən fərqlənib.


Qeyd edək ki, "Aue" 28 turdan sonra 32 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-bundesliqada-dubl-etdi-t57456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR