Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə etdi

Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə etdi
18:27 9 Aprel 2017
134 Dünya
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
 
Rusiya və İran prezidentləri ABŞ-ın Suriya aviabazasına raket zərbəsi endirməsini və Suriyanın İdlib şəhərində kimyəvi silah tətbiqi ilə bağlı olayı müzakirə ediblər. Məlumatda qeyd edilir ki, Rusiya və İran prezidentləri ABŞ-ın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Eyni zamanda aprelin 4-də Suriyanın İdlib vilayətində kimyəvi silahla bağlı olayın qərəzsiz, hərtərəfli araşdırılmasını vacib sayıblar. V. Putin və H. Ruhani Suriya böhranının siyasi-diplomatik həlli istiqamətində sıx əlaqələri davam etdirməyin vacib olduğunu vurğulayıblar. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/533450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR