Homoseksual olduğunu bu dəfə belə nümayiş etdirəcək

Homoseksual olduğunu bu dəfə belə nümayiş etdirəcək
18:47 9 Aprel 2017
265 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Riki Martin yeni seriala çəkilir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, "Amerikada cinayət tarixçəsi" adlı serialın 3-cü sezonundan etibarən heyətə daxil ediləcək.

Hər sezon həqiqi hadisələr üzərində çəkilən serialda Riki əfsanəvi modelyer Canni Versaçenin sevgilisi, stilist Antonio Domiko obrazını canlandıracaq.

10 seriadan ibarət ekran işində eyni zamanda aktrisa Penelopa Krus, Edqar Ramires, Darren Kris kimi aktyorlar da yer alacaq. 

Qeyd edək ki, Riki Martin homoseksual olduğunu 2010-cu ildə bəyan edib. O, hazırda həmkarı Cvan Yusef ilə nişanlıdır. R.Martinin surroqat anadan dünyaya gəlmiş əkizləri var. 

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/533493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR