İrəvanın yeni terror əmri

İrəvanın yeni terror əmri
15:31 7 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

Bu ilin əvvəlində Avrasiya İttifaqına daxil olmuş Ermənistanın rəhbərliyi yeni birliyin kriminal aləmindən yararlanmağa qərar verib.

ANS PRESS-in məlumatına görə, Serj Sarkisyan hakimiyyətinin bu istiqamətdə atdığı ilk addım İrəvan ətrafında Rusiya qanuni oğrularının “sxodka"sının himayə edilməsidir. Ermənistan rəhbərliyinə yaxın mənbə dilindən qaçırıb ki, Serj Sarkisyan müəyyən terror əməllərində Ded Hasana yaxın qruplaşmanın xidmətlərindən istifadə etmək niyyətindədir. Azərbaycanlı qanuni oğru Rövşən Lənkəranskinin oğru titulunun həmin "sxodka"da qanunsuz sayılması da rəsmi İrəvanın ümidlərini artırır.

Rusiya mətbuatının yazdığına görə, İrəvanda keçirilməsi nəzərdə tutulan oğru “sxodka"sı indiyə kimi postsovet məkanının ən iri analoji toplantısı olacaq. “Sxodka”da 100-dən çox “qanuni oğru"nun iştirakı gözlənilir. Postsovet məkanının ən tanınmış oğruları Borya Apakel, Şişkan və Şakro, slavyanları təmsil edən Çeburaşka və Mirıç artıq İrəvnadadır. Ded Hasanın slavyan varisləri Piçuqa və Voskresin də İrəvana gələcəyi gözlənilir.

Məlumata görə, polisin müdaxiləsi üzündən indiyə kimi “qanuni oğru"lar belə bir tədbir keçirə bilməyiblər və yaranmış problemləri həll edə bilmirlər. “İndi, görünür, qanuni oğruların öz aralarında razılaşması və onların ziyafətini heç kimin pozmaması üçün hər cür şərait yaradılıb”, - deyə bu gün bu barədə yazılmış məqalədə vurğulanır.

Göründüyü kimi, İrəvan müəyyən siyasi əməllərə çatmaq üçün kriminal aləmdən istifadə etmək istəyir və məqsədinə çatmaq üçün onlar üçün hər bir şəraiti yaradır. Versiyalar müxtəlifdir - hədəfə ermənilərin məkrli siyasətinə mane olan Qərb və Şərq siyasətçiləri də, Türkiyə - Azərbaycan siyasətçiləri də götürülə bilər. Ermənilərin bu məsələdə geniş tarixi təcrübəsi var. Türkiyə və Azərbaycan tarixinin önəmli simaları Tələt paşa və Ənvər paşa, Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyov məhz rəsmi İrəvanın sifarişi ilə erməni terrorçuları tərəfindən öldürülüb.

İndi ermənilərin bu istəyi "oğru sxodkası”nın verəcəyi qərardan asılıdır. Amma bu işdə, ümumiyyətlə, erməni xalqının gələcəyi üçün çox təhlükəli olan perspektivlər var. Tarixi təcrübə göstərir ki, ermənilər siyasi məqsədlər üçün kriminal aləmə müraciət edən zaman böyük uğursuzluqlara düçar olurlar. Anadolu ermənilərinin 1915-ci ildən sonra öz siyasi məqsədlərinə çatmaq üçün Andranik Ozanyan kimi Sasun cinayətkarlarına müraciəti kütləvi deportasiya ilə nəticələndi. 1920-ci ildə rəsmi İrəvan yenidən kriminal aləmə üz tutdu və Ermənistan yenidən müstəqilliyini itirdi. Ermənilərin kriminal aləmə bu dəfəki müraciəti isə yəqin ki, onların İrəvan torpaqlarını birdəfəlik itirməsi ilə nəticələnəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR