Orta əsrlərdə belə öldürürdülər

Yəqin ki, hər kəs Orta əsrlər İnkvizisiyası haqqında eşidib, oxuyub, bu dəhşətli illərlə bağlı filmlərə baxıb. Orta əsrlərin qaranlığından gəlib günümüzə çatan bu alətlər, qravürlər, rəsm əsərləri insan övladının hansı vəhşiliklərə qadir olduğunu göstərir. Və əsəbi zəif olanlar, 18 yaşı tamam olmayanlar baxmasınlar!

1. Bunu adı “Əzab armudu”dur. Bu aləti cəlladlar qadınların, ya kişilərin daxili orqanına yeridir, sonra isə kənardakı dəmir qanadları açırdılar.

2. Günahkarın əllərini, ayaqlarını bu dəzgaha bağlayır, sonra dartırdılar. İnsanın əvvəlcə dərisi cırılır, ardından sümükləri qırılırdı. Gördüyünüz mismarların daha çox əzab verməsi üçün onları duzlayırdılar.

3. Bu əzab dəzgahı Yekaterina çarxı adlanır. Günahkarı buna bağlayır, sonra dartırdılar. Bəziləri ağrının şokundan ölür, bəziləri isə bir neçə gün dəzgahda qalıb can verirdilər.

4. Müqəssirin başı, ya ayağı, ya da başqa bir orqanı bu “Timsah borusu” adlanan dəzgaha bərkidilirdi və qızdırılırdı.

5. Günahkarı “mis öküz” adlanan bu heykəlin içinə salırdılar və öküzün altında tonqal yandırırdılar. Müqəssir istidən əzab çəkdikcə, heykəlin içindən öküz böyürtüsünə bənzər səs gəlirdi.

6. “İspan uzunqulağı” adlanan bu dəzgahın üstünə otuzdurulan məhkum olmazın əzablara məruz qalırdı. Ağrı daha çox olsun deyə, bəzən məhkumun ayaqlarına ağır daşlar bağlayırdılar.

7. İnsan “Əzab tabutu” adlanan bu dəmir barmaqlığın içinə salınırdı və açıq meydana gətirilirdi. Burada kütlə tərəfindən daşa basılır, bədənini qurd-quş yeyirdi, bəzən bu həngamə günlərlə dava edirdi.

8. İnsanın başı bu papağın içinə salınırdı. Sonra cəllad vinti yavaş-yavaş fırladıqca, əvvəlcə zavallının kəllə sümüyü sınır, sonra dişi, gözləri tökülürdü.

9. “Pişik pəncəsi”ndən insanın ətini sümüyündən ayırmaq üçün istifadə edirdilər.

10. Bu alər İnkivizisiya dövründə çox populyar idi. Məhkumun ayaqlarını dəzgahın dişləri arasına salırdılar, sonra cəllad dişləri sıxırdı və ayaqlar qırılırdı.

11. Günahkar qadını, ya kişini “İudanın beşiyi” adlanan bu dəzgahın üstünə otuzdururdular.

12. Bu maşaya oxşar dəmir “Sinə dırnağı” adlanır. Bundan əsasən qadınların ərlərinə xəyanəti zamanı istifadə edirdilər. Dəmir qızdırılır, sinəyə basılırdı, əgər qadın ölmədisə, o zaman ömrünün sonuna kimi bu yarayla gəzirdi.

13. Bu maskanı da əsasən xəyanətdə suçlandırılan qadınlar üçün istifadə edirdilər. Bu maska qadının başına keçirilir və qadın meydana gətirilirdi. O heç danışa da bilmirdi, daxildəki mismarlar üzünə batır, kütlə isə ona baxıb gülürdü.

Bax belə... Orta əsrlərin Avropası belə idi...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR