Astarada maşın 8 yaşlı uşağı vurdu

Astarada maşın 8 yaşlı uşağı vurdu
22:39 9 Aprel 2017
96 Digər
Ölkə mətbuatı
A- A+

Astarada piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara şəhəri ərazisində baş verib.

 

Astara şəhər sakini, 2009-cu il təvəllüdlü Ağayev Allahverdi İsrafil oğlu yolu keçmək istəyərkən onu avtomaşın vurub.

 

Yaralı sürücünün köməkliyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Şok vəziyyətində olan azyaşlıya ilkin yardım göstərilib. Onun  vəziyyətinin stabilləşdiyi, əməliyyat olunacağı bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR