“Qarabağ”ın çempionluq şansı daha çoxdu” - Roman Qriqorçuk

“Qarabağ”ın çempionluq şansı daha çoxdu” -   Roman Qriqorçuk
22:47 9 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

“Təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik”. Bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”ın qonağı olan “qırmızı-qaralar” qolsuz bərabərliklə kifayətləniblər.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran ukraynalı mütəxəssis öncə oyunu dəyərləndirib: “Düşünürəm ki, lazımi tapşırıqları yerinə yetirib, heç-heçə etdik. Yolumuza davam edirik”.

 

- Cavid Hüseynov ikinci hissədə zəif təsir bağışladı. Onu Rasim Ramaldanovla əvəzləyib, Rəşad Sadiqovu mərkəzə çəkə bilməzdinizmi?

- Düşünürəm ki, hər şeyi düz etdik. Belə müzakirələr etsək, səhərə qədər vaxt çatmaz. Düzgün hesab etdiyim dəyişikliklərə əl atdıq.

 

- “Qəbələ”nin çempion olub-olmaması sizin burdakı taleyinizə təsir edəcəkmi?

- Bir ay sonra nələr olacağını indidən danışa bilmirik. İndi fikrim qalan matçlarda qələbə qazanmaq və kuboku götürməkdi. Buna sonra baxmaq olar.

 

- Oyunun gedişində 2 hücumçulu taktikaya keçə bilməzdiniz?

- Biz bütün oyunu 4 hücumçu ilə oynadıq. Potensial cəhətdən yerlərini dəyişmək olardı. Amma bu gün lazım olanı etdik.

 

- Çempionluq şansınızı necə dəyərləndirirsiz?

- Son 3 oyunda 9 xal toplamaq olar. Bu səbəbdən nəsə demək çətindi. Bunlar tapmacalardı. Düzdü, “Qarabağ”ın çempionluq şansı daha çoxdu.

 

- Bu gün qələbə üçün nə çatmadı?

- “Qarabağ” çox yaxşı oynadı. Rəqib müdafiədə səhvsiz çıxış etdi. Ümid edirdik ki, bizim sürətimiz daha çoxdu. Amma “Qarabağ” bunun qarşısını layiqincə aldı.

 

- Bəzi planlaşdırılmamış xal itkiləriniz oldu. Düşünmək olarmı ki, “Qarabağ”dan öncə əsas rəqibiniz elə “Qəbələ” özüdü?

- Bəli, razıyam. Elə oyunlar oldu ki, qalib gəlməmək mümkün deyildi, heç-heçə etdik. Bəzi matçlarda 10-15 qol vəziyyətinə baxmayaraq, qələbə qazana bilməmişik. İdeal oynamadığımızı bilirəm. Əsas problemimiz qol yolları ilə bağlı oldu. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraban-cempionluq-ans-daha-coxdu-t57458.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR