Mehriban Zəki elə bir rayder tələb etdi ki... - FOTO

Mehriban Zəki elə bir rayder tələb etdi ki... - FOTO
23:05 9 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mehriban Zəki "V element" verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa proqram zamanı yaradıcı heyəti rayderi ilə təəccübləndirib. Belə ki, o, qrim otağında xalq artisti Fəxrəddin Manafovun onu qarşılayıb, xeyir-dua verməsini istəyib. F.Manafov aktrisanın istəyini reallaşdırıb. 

"Fəxrəddin bəy mənim üçün əvəzedicisi olmayan tərəf müqabilidir. Ondan uzaqlaşmaq istəmədim. Verilişin başlanğıcında xeyir-dua almaq istədim. Həqiqətən incəsənətə xidmət edən çox az insan qalıb. Biz də onlardanıq" deyə, M.Zəki söyləyib.

Aktrisa yeni seriallarda çəkilməməyinin səbəbini açıqlayıb:

"Serialda çəkilməyi ar bilmirəm. Sadəcə serialın texnikası film və teatrdan fərqlidir. Bir serialda üç bölümdə oynamışam. Ssenari çəkilişə bir gün qalmış və ya həmin gün təqdim olunur. Sən sonrakı gün nə oynayacaqsan bilmirsən. Hazırda maraqlı təkliflər yoxdur. Mən maraqlı film təklifi gözləyirəm. Gözləyirəm hansısa teatrdan təklif gələcək ki, gəlin bu klassik əsəri oynayın".

Özündən danışan M.Zəki çox sərt xanım olduğunu deyib.

M.Zəki aparıcı Ranar Musayevin "Deyirlər, qadın xoşbəxtliyi üçün ailə qurmaq, övlad sahibi olmaq lazımdır. Siz ailə qurmadınız ki, onda xoşbəxtlik görmədiniz" sualına belə cavab verib:

"Özüm haqqında heç bir analiz verməyəcəm, bunu sevmirəm. Bu mövzuda özümü müzakirə etməyi sevmirəm. Başqaları haqda deyim ki, hər kəs öz həyatını istədiyi kimi qurmalı, yaşamalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/533531.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR