Misirdə 3 aylıq fövqəladə rejim elan edildi

Misirdə 3 aylıq fövqəladə rejim elan edildi
23:34 9 Aprel 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Misirdə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

 

 APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkə prezidenti Əbdülfəttah əs-Sisi xalqa müraciətində bəyan edib.

 

Bundan əvvəl Misir hökuməti aprelin 8-də Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib. Son məlumatlara əsasən, Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər ölüb. Misirdə kilsələrdə törədilən terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271744

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR