Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
23:57 9 Aprel 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Astarada ölümlə nəticələnən yol qəzası baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Astaranın Giləkəran kənd sakini, 1982-ci il təvəllüdlü Sultanov İlkin Məhərrəm oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı sürücü tərəfindən Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/533542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR