Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
00:53 10 Aprel 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

APA- nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun qərb tərəfindən girişində qeydə alınıb.

“Opel” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən, kimliyi hələ ki, məlum olmayan, təxminən 48-55 yaşlarında olan kişini vurub.

Sürücü piyadanı Tovuz rayon Mərkəzi Xəstəxanaya çatdırsa da, onun yolda keçindiyi məlum olub. Hazırda piyadanın kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194410.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR