Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb
01:04 10 Aprel 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.

 

APA- nın qərb bürosunun verdiyi məlumata görə,  hadisə rayonun qərb tərəfindən girişində qeydə alınıb.

 

“Opel” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 1966-cı il təvəllüdlü Tovuz şəhər sakini Həsənov Tofiq Şəmil oğlunu vurub.

 

Sürücü piyadanı Tovuz rayon Mərkəzi Xəstəxanaya çatdırsa da, onun yolda keçindiyi məlum olub.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271748

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR