25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı

25 yaşlı qız yaşadığı binanın girişində bıçaqlandı
08:28 10 Aprel 2017
132 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nizami rayonunun 8-ci km. qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1992-ci il təvəllüdlü Hacıyeva Lalə Nurəddin qızı yaşadığı binanın girişində iki naməlum şəxsin hücumuna məruz qalıb.

Həmin şəxslər qızın boyun nahiyəsinə iki bıçaq zərbəsi endiriblər və əlindəki çantanı zorla alaraq qaçıblar. Ağır xəsarət alan qız xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR