"Azərbaycanda ilk dəfədir ki, futbola baxırdım" - Zabit Səmədov

"Azərbaycanda ilk dəfədir ki, futbola baxırdım" - Zabit Səmədov
09:17 10 Aprel 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXV turunda baş tutan "Qarabağ" - "Qəbələ" (0:0) oyununu izləyənlər arasında K-1 döyüşçüsü Zabit Səmədov da var idi.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ"ın dəvəti ilə oyunu izləməyə gələn Səmədov matçdan sonra əməkdaşımızın suallarını cavablandırıb:

- Futbola baxmağa tez-tez gedirsiz?

- Sözün açığı, Azərbaycanda ilk dəfə idi ki,futbola baxırdım. Oyunu izlədim, maraqlı alındı. 

- "Qarabağ" azarkeşi olduğunuz şübhəsizdir. Oyunu izləməyə kimin dəvəti ilə gəlmişdiniz?

- "Qarabağ" rəhbərliyi məni dəvət etmişdi. Bildiyiniz kimi, "Qarabağ"ı dəstəklədim. "Qarabağ" son zamanlar ölkəmizi Avropada yüksək səviyyədə təmsil edir. İnşallah bunun davamı gələcək. 

- Ümumiyyətlə, Bakıda nə qədər qalacaqsız? Və bu komandalar arasında mayın 5-də kubokun finalında baş tutacaq oyunu izləyəcəksizmi?

- Yox, o qədər Bakıda qalmayacam. 

- Millimizin oyunlarını izləyirsiz?

- Əlbəttə. Azərbaycan bayrağı harda varsa, biz də ordayıq. Bayrağımızla qürur duyuruq. 
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR