"Belə oynasaq..." - Tahir Gözəl

"Belə oynasaq..." -   Tahir Gözəl
09:27 10 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"Futbol elə oyundu ki, heç vaxt arxayınlığa icazə vermir. Xüsusilə də, nisbətən zəif rəqiblərə qarşı xal itkiləri olur. Ümid edirəm ki, futbolçularımız sona qədər belə davam edəcəklər".


Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl deyil. Klub rəsmisi "Qəbələ" ilə 0:0 hesabı ilə yekunlaşan oyundan sonra jurnalistlərə açıqlama verib.


Tahir bəy nəticədən razı olduqlarını bildirib: "Çox gözəl, gərgin mübarizə oldu. Fikrimcə, sürətli oyun idi. Hər iki komandanı təbrik edirəm.  “Qarabağ”ın bir neçə real qol şansları oldu. Hətta son dəqiqələrdə də çox həyəcanlandıq. Nəticədən razıyıq. Əgər Muarem o vəziyyətdə top qapıdan keçsəydi, çox gözəl və estetik qol olardı. Ancaq oyunçunu da başa düşmək lazımdı. Çünki kənarda durub çay içərək, “niyə vura bilmədin?” demək asandı. Meydanda isə çox çətindi. Bununla belə, mən komandamdan çox razıyam".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbel-oynasaqquot-t57460.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR