Daşqın Şikarov “İlin səfiri” oldu

Daşqın Şikarov “İlin səfiri” oldu
10:14 10 Aprel 2017
317 Digər
Ölkə mətbuatı
A- A+

 
 
 
Azərbaycan-Slavyan Gəncəri Assosiasiyası və Diaspor.az – Azərbaycan Disporu İnfromasiya Mərkəzi "lin səfiti” sorğusuna yekun vurub.
 
 
Lent.az-ın məlumatına görə,  sorğunun qalibi Azərbaycan Respublikasinin Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov olub. Xatırladaq ki, Daşqın Məzi oğlu Şikarov Azərbacan prezidenti İlham Əliyevin 12 yanvar 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Bundan öncə isə D.Şikarov ölkəmizin Pakistandakı rəsmi diplomatik nümayəndəsi kimi məhsuldar fəaliyyət göstərib. Diplomatiya sahəsində fəaliyyət göstərdiyi illərdə Daşqın Şikarov öz sahəsinin peşəkarı olmaqla yanaşı, ölkəmiz haqqında daha dolğun və obyektiv məlumatların yayılmasında fəal iştirak edib. Eyni zamanda D.Şikarovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda ölkəmizin haqlı mövqeyinin səfir olduğu ölkələrdə təbliğatında müstəsna xidmətləri olub. 
 
 
Təqdimat mərasimində çıxış edən Azərbaycan-Slavyan Gəncəri Assosiasiyasının sədri Səbuhi Abbasov bildirib ki, sorğuda səfirin ümumi diplomatik fəaliyyəti, innovativ sosial-media imkanlarından istifadə, həyata keçirilən layihələrin miqyası və digər kriteriyalar əsas götürülüb.  
 
 
Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov isə sorğunun təşkilatçılarına təşəkkür edib,  bundan sonra da ölkəmizi BƏƏ-də ən yüksək səviyyədə təmsil edəcəyini deyib.
 
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR