23 saniyəyə at nalını ikiyə böldü, su ilə dolu 40 çəlləyi... - UNUDULMUŞ REKORDLAR

23 saniyəyə at nalını ikiyə böldü, su ilə dolu 40 çəlləyi... - UNUDULMUŞ REKORDLAR
10:28 10 Aprel 2017
99 Digər
Ölkə mətbuatı
A- A+

Publika.az Ginnesin Rekordlar Kitabına düşmüş unudulmuş rekordlardan bəzilərini təqdim edir:

1891-ci ildə Maks Daton İngiltərədə çəkisi 34 kq-lıq qantellərlə 845 dəfə jim (otjimaniya) hərəkətini yerinə yetirib.

Georq Qakkenşmidt - rusiyalı idmançı 1899-cu ildə 32 kq-lıq çəki daşları ilə əllərini üfiqi istiqamətdə açaraq təkanla 5 dəfə oturub-durma hərəkətini yerinə yetirib.

Emil Foss - almaniyalı idmançı 1903-cü ildə sol əlində 49 kq-lıq çəki daşını, sağ əlində isə 110 kq-lıq ştanqı təkanla başı üzərinə qaldırmağa nail olub.

Sandov - almaniyalı idmançı 1896-cı ildə sinəsində 115k-lıq çəki daşı ilə, kürəyini yerə vuraraq təkanla yerdən qalxmaq hərəkətini yerinə yetirib.

Artur Xenniq - almaniyalı pəhləvan 1902-ci ildə 154 kq-lıq ştanqı birdəfəyə qaldırma ilə sinə üzərinə qaldırıb.

İvan Selix - rusiyalı idmançı 1907-ci ildə 32kq-lıq çəki daşıları ilə 3 yanaşmada jim (otjimaniya) hərəkətini yerinə yetirib.

Znamenskiy - rusiyalı idmançı 1899-cu ildə iki ədəd üst-üstə qoyulmuş 32 kq-lıq çəki daşları ilə jim (otjimaniya) hərəkətini yerinə yetirib.

Frans Şter - avstriyalı idmançı 1897-ci ildə sağ əli ilə 50 kq-lıq çəki daşını təkanla 25 dəfə başı üzərinə qaldırıb.

Karl Svoboda - avstriyalı idmançı 1912-ci ildə dizlərini bükmədən sağ əli ilə 101 kq ağırlığında çəki daşını birdən qaldırma hərəkəti ilə başı üzərinə qaldırmağa nail olub.

Pyotr Krılov - dusiyalı idmançı 1909-cu ildə dizlərini bükmədən sol əli ilə 32 kq-lıq çəki daşını təkanla qaldırma hərəkəti ilə 86 dəfə sinəsi üzərinə qaldırıb.

Con Qrün - almaniyalı idmançı 1907-ci ildə cəmi 23 saniyə ərzində at nalını ikiyə bölüb.

Valter Kennedi - ABŞ-dan olan pəhləvan 1893-cü ildə ayaq hərəkətlərinin köməyilə 36 pud ağırlığında yükü çəkmə hərəkərtlərini yerinə yetirib.

Lui Sir - kanadalı idmançı 1894-cü ildə birdən qaldırma hərəkəti ilə 669 kq-lıq ştanqanı yerindən tərpətməyə nail olub.

German Qesler - almaniyalı idmançı 1912-ci ildə uzalı vəziyyətdə kürəyində 250 kq-lıq metal kisələrlə ayağa qalxıb.

Hans Bek - almaniyalı idmançı 1890-ci ildə heç bir avadanlıq olmadan içi dolu çəlləyi təkanla döşəmədən yuxarı qaldırıb.

Anton Rixa - çexoslovakiyalı pəhləvan 1891-ci ildə 854 kq-lıq çəki daşını üzərində gəzdirib.

Lui Sir - kanadalı idmançı 1892-ci ildə təkanla qaldırma hərəkəti ilə çəkisi 1867 kq olan platformanı qaldırıb. Daha sonra sağ əli ilə 440 kq ağırlığında ştanqı birdən qaldırma hərəkəti ilə dizləri üzərinə qaldırıb.

Sandov - almaniyalı atlet 1891-ci ildə hər əlində 1,5 kq çəki daşı ilə geriyə doğru salto hərəkəti edib.

Paul Anderson - ABŞ-dan olan idmançı 1955-ci ildə çiyinləri üzərində çəkisi 425 kq olan ştanqla oturub-durma hərəkətini yerinə yetirib. Daha sonra birdən qaldırma hərəkəti ilə 900 kq ağırlığı qaldıraraq rekorda imza atıb.

Lüdviq Çaplinskiy - rusiyalı idmançı 1911-ci ildə əlində 40 kq ağırlığında qoyun ilə yemək süfrəsinin üzərindən hoppanıb.

Nikolay Vaxturov - rusiyalı pəhləvan 1912-ci ildə 32 kq-lı çəki daşını dəmiryol relslərinin üzərindən atıb.

Villi Kuttler - almaniyalı idmançı 1900-cü ildə sağ əli ilə 95 kq çəki dərəcəsində daşı birdən qaldırma hərəkərtilə 12 dəfə yuxarı qaldıraraq rekord qırıb.

İvan Zaikin - rusiyalı idmançı 1913-cü ildə su ilə dolu 40 çəlləyi kürəyində daşıyıb.

Sergey Yeliseyev - rusiyalı idmançı 1903-ci ildə 61 kq çəki daşını sağ əli ilə üfüqi vəziyyətdə saxlayıb.

Pyotr Yankovski - rusiyalı pəhləvan 1905-ci ildə ovucunda 3 kq-lıq çəki daşları ilə oturduğu yerdən birdən qalxma hərəkətini yerinə yetirib.

Anri Sternon - fransalı idmançı 1876-cı ildə belində 456 kiloqramlıq iki ədəd ağır texnika (silah) qaldırıb.

Qriqori Kaşayev - rusiyalı pəhləvan 1908-ci ildə kürəyində canlı at qaldırıb.

Karl Svoboda - 70 kq çəki dərəcəsində olan avstriyalı pəhləvan 1911-ci ildə dizlərini bükmədən 165 kq ağırlığı birdən qaldırma hərəkəti ilə yerinə yetirib.

Yuri Vlasov - 135 kq çəki dərəcəsində olan SSRİ idmançısı 1967-ci ildə birdən qaldırmada 185 kq qaldırıb.

Oskar Valund - isveçli pəhləvan boyun qayışılarının köməyilə 1912-ci ildə təkanla 2105 kq yükü kürəyində qaldırıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/194437.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR