Xınalığa 30 sm qar yağıb - Faktiki hava

Xınalığa 30 sm qar yağıb - Faktiki hava
10:29 10 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

 

Aprelin 9-u axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, qeyri-sabit keçib, aprelin 10-u  səhərədək şimşək çaxıb, arabir yağış, dağlıq rayonlarda qar yağıb, bəzi yerlərdə intensiv olub. Qərb küləyi əsib, bəzi rayonlarda arabir 20-30 m/s təşkil edib, Abşeron yarımadasında arabir  18-22 m/s-dək güclənib.
 
 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında  1-7, Böyük Qafqazda 3-38, Mərkəzi-Aran rayonlarında 2-29, Kiçik Qafqazda 9-10, Qazax-Gəncə zonasında 1-9, Naxçıvan MR-da 1-7 mm olub.
 
 
Qar örtüyünün hündürlüyü Xınalıqda 30, Qırızda 22, Şahdağda 20, Sarıbaşda 5, Daşkəsəndə 1 sm-ə çatıb.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271767

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR