Polis kapitanı qəza törətdi: ölən var

Polis kapitanı qəza törətdi: ölən var
10:32 10 Aprel 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Tuncay Tağıyevin idarə etdiyi "Mercedes" markalı avtomobil Şirxan Paşayevin idarə etdiyi motosikletlə toqquşub.
 
Qəza nəticəsində Ş.Paşayev ölüb.
 
Polisdən, həmçinin bildirilib ki, minik avtomobilinin sürücüsü T.Tağıyev Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin təhqiqatçısı, polis kapitanıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR