Namiq Qaraçuxurlu 2-ci evliliyindən olan qızından danışdı: "Böyüyüb deyəcək..."

Namiq Qaraçuxurlu 2-ci evliliyindən olan qızından danışdı: "Böyüyüb deyəcək..."
10:34 10 Aprel 2017
232 Digər
Ölkə mətbuatı
A- A+

 

Meyxanaçı Namiq Qaraçuxurlu ikinci evliliyindən dünyaya gələn qızı barədə danışıb. Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən ifaçı bildirib ki, övladı Sara barədə çox danışmaq istəmir və qızını mediadan gizlədir:

“İnşallah bu yaxınlarda 1 yaşı tamam olacaq. Hər şey yaxşıdır, qaydasındadır. Böyüyür, Allah bütün balaları saxlasın. İçimdən keçir ki, qızımın şəklini paylaşım, amma müəyyən şeylər var, məcburən dayanır. Mən Namiq Qaraçuxurlu olaraq insanların gözünün qabağındayam. Kimsə artıq söz yaza, fikir bildirə bilər. Bunu başa düşürəm, tanınmış adamam. O uşaq böyüyüb mənə deyəcək ki, niyə şəklimi paylaşmısan?”.

 

Onu da əlavə edək ki, N. Qaraçuxurlu ilk evliliyi Solmaz Şükürova adlı xanımla olub. Həmin evlilikdən Ülvi, Ümid adlı övladları var. Cütlük 2005-ci ilin dekabrında boşanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271768

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR